"Qarabağ" - "Kukesi" matçına nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Kukesi” (Albaniya) matçına bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən newsport.az-a verdiyi məlumata görə, oyuna 21 min bilet satılıb. 

Qeyd edək ki, “Qarabağ” - “Kukesi” matçı avqustun 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq. Cütün ilk görüşündə 0:0 hesablı heç-heçə qeydə alınıb.

Satış məntəqələri: 

T. Bəhramov adına Respublika stadionunun kassaları

Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt)

Heydər Əliyev Sarayının kassası 28 Mall 

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop) 

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) 

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) 

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Biletləri onlayn olaraq iticket.az saytından əldə edə bilərsiniz.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right