"Kukesi"nin Bakıya səfərinin proqramı bəlli oldu

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ"ın qonağı olacaq "Kukesi" klubunun Bakıya səfər proqramı bəlli olub.  

Newsport.az-ın məlumatına görə, Albaniya təmsilçisi bu gün Bakı vaxtı ilə saat 23:00-da yola düşəcək.  "Kukesi" Tirana-İstanbul-Bakı marşrutu ilə Azərbaycana gələcək. Komanda üzvlərinin paytaxtdakı dəbdəbəli otellərdən birində məskunlaşacağı bildirilir. 

Komanda avqustun 2-də Bakını tərk edəcək.

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq. İlk görüş qolsuz heç-heçə ilə nəticələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right