"Qarabağ"la cavab oyununda ehtimalları alt-üst etməyə çalışacağıq"

“Hələlik hesab 0:0-dır və bu, bizə mərhələ adlamaq üçün ümid verir. Əsas odur ki, komanda ilk oyunda istəkli oynayıb, xarakter göstərdi. Niyə də turu keçməyə cəhd etməyək? Oyunçularımız evdəki matçda rəqibə fərqlənməyə imkan vermədilər”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Kukesi”nin baş məşqçisi Armando Kunqu deyib. Cavab matçı öncəsi iddialı danışan mütəxəssis Bakıda sensasiya arzusunda olduqlarını da gizlətməyib:

“Cavab oyunundakı başlıca məqsədimiz maksimum dərəcədə ehtiyatlı olmaqdır. Şkodrada olduğu kimi qapımızı toxunulmaz saxlamalıyıq. Hücumçularımız isə həlledici zərbələrdə daha sakit oynamalıdırlar. Nəticə bizə mərhələ adlamağa imkan verdiyi kimi, həm də ehtiyatlı olmağı tələb edir. Qol epizodlarında əsəblərimizi cilovlamalıyıq. Hər şeyə hazırıq. Hətta rəqibin təzyiqinə də. Bakıda bütün ehtimalları alt-üst etməyə çalışacağıq. Turu keçəcəyimizə inanırıq, amma penalti zərbələri üzərində də məşq edirik”.

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında cavab matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunun başlama saatı 21:00-dır. Bu komandaların Albaniyadakı ilk duelində hesab açılmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right