"Qarabağ"da üzlər gülür: Zədəlilər və yeni transferlər məşqlərə qatıldılar FOTOLAR

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Albaniyanın "Kukesi" klubunu qəbul edəcək "Qarabağ" oyunun hazırlıqlarına start verib.

Newsport.az-ın məlumatına görə, yeni transferlər - Con Delarja İnnosent Emeqara Ağdam klubunda ilk məşqlərini keçiriblər. Zədəli olan Dani Kintana və Hannes Halldorson komanda ilə məşqlərə qatılıblar.

“Qarabağ” - “Kukesi” matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq. İlk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.


















 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right