"Qarabağ" : "Kukesi" oyununa hakim təyinatları

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Kukesi” matçının hakimləri məlum olub.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edəcək. 

Matçın baş hakimi Peter Kralovic olacaq. Ona yan xətdə Miroslav Benko və Erik Weiss yardım edəcək.  Patrik Hrcka isə ehtiyat hakim olacaq.

Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kukesi” matçı saat 21:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right