"Kukesi" rəsmisi: "Cütün favoriti "Qarabağ"dır"

"Asan oyun olmayacağını bilirdik. "Qarabağ"ın necə keyfiyyətli komanda olduğundan məlumatlı idik. Qol buraxmamaq çox önəmli idi. Uşaqları təbrik edirəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Kukesi" klubunun idman direktoru Nserim Nedzipi deyib.

O, "Qarabağ"a qarşı ötən gün keçirdikləri matçı dəyərləndirib: "90 dəqiqə ərzində qapımız qarşısında ciddi təhlükə yaşamadırq. Qeydə alınan hesabdan razıyıq. Ancaq qarşıda bizi daha 90 dəqiqə gözləyir.  Hansı ki, orda artıq möhtəşəm çıxış etməliyik.  Komandamız getdikcə formalaşır, bu nəticə isə bizə əlavə motivasiya verdi". 

Veteran futbolçu "Qarabağ"ın mərhələ keçmək şanslarının yüksək olduğunu bildirib: "Qarabağ" yenə cütün favoritidir. Ancaq futbolda heç nə bilmək olmur.  Şanslarımız var. Sürpriz etmək üçün əlimizdən gələni edəcəyik".

Nedzipi "Qarabağ"da forma geyinən həmyerlisi, vaxtıyla çiyin-çiyinə oynadığı Ansi Aqolli haqda danışıb: "Aqolli ilə birgə "Qarabağ"da oynamışam.  Onlara bu gün əziyyət verdik . Bəlkə də, belə oynayacağımızı gözləmirdilər.  Ansi mənim "Qarabağ"dakı dostlarımdan biridir.  Onun klubun əfsanələri olmasından şadam. Albaniyaya rəqib kimi ilk dəfə gəldiyi üçün ona hörmət etməliyik".   

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right