"Qarabağ" göstərdi ki, çox təhlükəli komandadır" "Kukesi"nin müdafiəçisi

"Rəqibin güclü komanda olduğunu bilirdik. Ona görə də "Qarabağ"dan bu cür oyun gözləyirdik. Onların qeyri adi bacarığa malik futbolçuları var".

Newsport.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının birinci təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan (0:0) sonra "Kukesi"nin müdafiəçisi Simon Rumbullaku deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan 26 yaşlı futbolçu nəticədən razı qalıb:

"Taktiki planda ideal oynadıq. Rəqibin ikinci hissədəki təzyiqini xatırlayıram. Nötəci önəmlidir. Düzdür, hücumda elə də yaxşı deyildik, ancaq müdafiədə əla oynadıq. Bir səhv hər şeyi məhv edə bilərdi. Buna baxmayaraq, meydanda hamı ən yaxşı oyununu göstərdi, bütün bacarığını ortaya qoydu və heç bir mübarizədən çəkinmədi. Bütün heyət və işçi qrupu bu nəticəyə layiq idi. Cavab matçına daha yaxşı hazırlaşmalıyıq".

Bir həftə sonra Bakıda keçiriləcək cavab matçı barədə də danışan Rumbullaku həmin oyunda da müdafiədə diqqətli oynamalı olduqlarını söyləyib: "İndiki formamızı qorumağa çalışırıq. Əgər belə oynasaq, şansımız olacaq. İşin yarısını görmüşük. Ancaq müdafiədə diqqətli olmalıyıq. Çünki "Qarabağ" göstərdi ki, çox təhlükəli komandadır".

Qeyd edək ki, "Qarabağ"la "Kukesi" arasında cavab matçı avqustun 1-də Bakıda keçiriləcək və 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right