"Nəticəni qənaətbəxş saymaq olar" - Qurban Qurbanov

"Ağır oyun oldu, futbolçular çox güc sərf etdi. Səfərdə oynadığımız üçün belə nəticəni gözləyirdik. Rəqibimiz də meydanda olduqca intizamlı idilər, qol buraxmaq istəmirdilər. Bir az fərqli sistemdə oynadılar".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Kukesi" ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

O, nəticəni qənaətbəxş hesab edib: "Məcburuq ki, cavab matçında dəyişikliklər edib qol vuraq. Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar. Bakıdakı oyunda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right