“Qarabağ”ın oyunu canlı yayımlanacaq

“Qarabağ” bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Kukesi” ilə Albaniyadakı oyunun teleyayımında yaranmış problemlə əlaqədar bəyanat yayıb.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytının yaydığı bəyanatda bildirilir ki, “Kukesi” - “Qarabağ” matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb.

“Azarkeşlərimizin istəyini nəzərə alan klub rəhbərliyimiz və sponsorumuz “Azərçay” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalıyla danışıqlara başlayıb. Hazırda da danışıqlar davam edir, ilk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb. Saat 21:00-da başlayacaq matçın”Azərçay”ın sponsorluğu ilə ölkəmizdə yayımlanacağı gözlənilir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right