“Qarabağ”ın oyunu yayımlanmır 10 min avroya görə

“Qarabağ”ın Çempionlar Liqasında “Kukesi” ilə Albaniyadakı bugünkü oyunu yayımlanmayacaq.

Newsport.az-ın məlumatına görə, bu ana olan məlumata əsasən, Albaniya tərəfi matçın yayımı üçün Azərbaycan kanallarından 10 min avroya qədər pul tələb edib. Amma kanallardan heç biri bu qədər pulu ödəmək gücündə olmadığını açıqlayıb.

Digər məlumata görə, “Qarabağ” klubunun özü də yayım üçün pul ödəmək niyyətində deyil. Klub hesab edir ki, komandanın oyununa və yüzminlərlə azarkeşin marağını nəzərə alaraq yerli kanallar özü matçın yayımı üçün pul ödəməlidir.

Bundan başqa, texniki səbəblərə görə matçın klubun Youtube kanalı vasitəsi ilə yayımlanmaq ehtimalı da azdır.

qol.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right