Çempionlar Liqasında daha 5 oyun Yenilənir

Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyunlarına yekun vurulacaq.

Newsport.az-
ın məlumatına görə, ikinci oyun günündə daha 5 matç keçiriləcək. 

Azərbaycanlı futbolsevərlərin əsas diqqəti Albaniyaya yollanacaq. Belə ki, “Qarabağ” səfərdə “Kukesi”nin qonağı olacaq. Qurban Qurbanovun komandası səfərdə sərfəli nəticə qazanmağa çalışacaq.


Bu gün eləcə də “Qarabağ”ın növbəti mərhələdə rəqibi ola biləcək BATE və HİK üz-üzə gələcək.

24 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, ilk oyunlar

21:00. BATE (Belarus) - HİK (Finlandiya)

21:00. “Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan)

21:00. “Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan)

22:30. “Ayaks” (Hollandiya) - “Şturm” (Avtriya)

22:45. “Seltik” (Şotlandiya) - “Rosenborq” (Norveç)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right