"Heyətlə bağlı bir neçə problemimiz var" - Qurban Qurbanov

“Kukesi" futbolçularının mətbuata açıqlamalarına nəzər yetirsək, onların inamlı danışdıqlarını görərik. Bu da onların meydana qələbə üçün çıxacaqlarını göstərir”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə sabah keçiriləcək səfər oyunundan öncə təşkil edilən mətbuat konfransında deyib.

O, heyətdə müəyyən problemlərin olduğunu, ancaq səfər matçından yaxşı nəticə qazanmağa çalışacaqlarını bildirib: "Rəqibi yaxşı analiz etmişik. Səhvsiz oynamağa çalışacağıq. Heyətlə bağlı bir neçə problemimiz var, amma meydana çıxanda bunları göstərməməyə çalışacağıq. Səfərdən maksimum sərfəli nəticə ilə qayıtmaq üçün meydana çıxacağıq".

qarabagh.com





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right