"Kukesi"nin hücumçusu: "Qarabağ" sabit komandadır"

"Qarabağ" haqda məlumata sahibik. Bu komandanın uğurları çox şeydən xəbər verir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın "Kukesi" klubunun hücumçusu Sebino Plaku deyib. 33 yaşlı forvard Ağdam təmsilçisinin güclü olduğunu deyib: "Qarabağ"ın büdcəsi çoxdur. Rəqibimiz heyətində təcrübəli və potensiallı gənc futbolçular çıxış edir. "Qarabağ" sabit komandadır və yetərincə güclüdür. Hər iki görüş bizim üçün çətin keçəcək. Sabahkı matçda diqqətli olmalıyıq. Səfərə yaxşı nəticə ilə yollanmaq vacib amildir".

Plaku "Qarabağ"da çıxış edən həmyerlisi Ansi Aqolli haqda da danışıb: "Aqolli Tiranadandır. Onunla çoxdan tanışlığımız var. Həmyerlimlə, Tirananın ən yaxşı oğlanı ilə görüşmək bizim üçün xoşdur. Ansi Aqolli ilə bağlı xoş sözlər söyləmək olar. O, millinin uzun illər şərəfini qoruyub".

Qeyd edək ki, "Kukesi" - "Qarabağ" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right