"Qarabağ" - "Kukesi" matçının biletləri satışda

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununda keçiriləcək "Qarabağ" - "Kukesi" matçının biletləri artıq satışa çıxarılıb.

Newsport.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, biletləri satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından almaq olar. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, "Qarabağ" - "Kukesi" matçı avqustun 1-i saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right