Qurban Qurbanovun mətbuat konfransının vaxtı müəyyənləşdi

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Kukesi” (Albaniya) ilə “Qarabağ” arasındakı ilk qarşılaşmadan öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, iyulun 24-də baş məşqçi Qurban Qurbanov Bakı vaxtıyla saat 20:45-də media mənsublarının önünə çıxacaq.

Komandanın son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Loro Boriçi” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right