"Qarabağ" bu gün Albaniyaya gedir

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə "Kukesi" ilə qarşılaşacaq "Qarabağ" bu gün Albaniyaya gedir.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Newsport.az-a verdiyi məlumata görə, Ağdam klubu səfərə çarter reysi ilə yollanacaq. Komandanı aparan təyyarə saat 19:30-da havaya qalxacaq.

Qeyd edək ki, "Kukesi" - "Qarabağ" oyunu iyulun 25-də keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right