ÇL-də III təsnifat mərhələsinin püşkü atıldı: "Fənərbaxça" üçün "Benfika"

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 32 komanda iştirak edib. 


Çempionlar yolunda mübarizə aparan təmsilçimiz “Qarabağ”ın da mümkün rəqibləri bəlli olub. Ağdam klubu 2-ci mərhələdə Albaniyanın “Kukesi” klubunu keçərsə,  BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.


Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi - AEK (Yunanıstan)

“Zalsburq” (Avstriya) – “Şerif” (Moldova) – “Şkendiya” (Makedoniya) cütünün qalibi

“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi - “Legiya” (Polşa) – “Spartak” (Slovakiya) cütünün qalibi

“Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi - BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi

“Astana” (Qazaxıstan) – “Midtulland” (Danimarka) cütünün qalibi - 

“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi

“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi - “Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi

 




Liqa yolu

 

“Standard” (Belçika) - “Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) cütünün qalibi

“Benfika” (Portuqaliya) - “Fənərbaxça” (Türkiyə)

“Slaviya” (Çexiya) - “Dinamo” (Kiyev, Ukrayna)

PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) cütünün qalibi - “Spartak” (Moskva, Rusiya)


3-cü təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right