“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi!

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 32 komandanın potensial rəqibləri müəyyənləşib.

Püşkatma iki hissədən ibarət olub. 22 ölkənin ən yaxşısı Çempionlar yolu, liqalarında yüksək yer tutan 10 komanda Liqa yolunda rəqiblərini tanıyıb. II təsnifat mərhələsi başlamadığından püşkdə bu raundun cütləri və mübarizəyə birbaşa qoşulan 8 klub iştirak edib.

Azərbaycan çempionu “Qarabağ” Çempionlar yolunda mümkün rəqibinin kimliyini bilib. “Qarabağ”ın Albaniya “Kukesi”si ilə təşkil etdiyi cütün qalibi 3-cü raundda BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 7-8 avqustda, cavab qarşılaşmaları isə 14 avqustda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right