“Qarabağ”ı keçmək üçün əlimizdən gələni edəcəyik” “Kukesi”n müdafiəçisi

Çempionlar Liqasıın ikinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi - Albaniyanın “Kukesi” klubunun müdafiəçisi Simon Rrumbullaku qarşıdakı oyunlarla bağlı fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, ölkəsinin mətbuatına danışan futbolçu qeyd edib ki, “Qarabağ” kimi yüksək səviyyəli komanda ilə qarşılaşmaq yaxşıdır: “Qarabağ” güclü komanda olsa da, məqsədimiz mərhələ adlamaqdır”.

O bildirib ki, "Qarabağ" Avropanın tanınmış klublarındandır: "Belə rəqibə qarşı psixoloji cəhətdən daha yaxşı hazırlaşa bilirsən. Bundan əvvəlki rəqibimiz Malta “Valletta”sı bizə rəqib olanda onları asanlıqla keçəcəyimizi düşünürdük. Ancaq belə olmadı. Bizi çox ağır oyunlar gözləyir. Çünki “Qarabağ” çox güclüdür. Buna baxmayaraq, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Albaniyada, cavab qarşılaşması avqustun 1-i Bakıda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right