"Kukesi" "Qarabağ"la oyunlar üçün 22 futbolçu sifariş verdi SİYAHI

Albaniyanın "Kukesi" klubu Çempion Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Qarabağ" ilə keçiriləcək oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

Newsport.az-ın məlumatına görə, komandanın baş məşqçisi Armando Kunqu siyahıya 3 qapıçı, 8 müdafiəçi 7 yarımmüdafiəçi və 4 hücumçu cəlb edib: 

Qapıçılar: Stivi Fraşeri, Faton Maloku, Yetmir Başa

Müdafiəçilər: Yulli Şameti, Rustem Hoxha, Albi Alla, Vanqel Zquro, Haralamb Kayki, Simo Rumbulaku, Edis Malikyi, Villam Kordeyru

Yarımmüdafiəçilər: Donyet Şkodra, Arber Çyorbiya, Vesel Limay, Besar Musolli, Valon Ethemi, İrakli Cariya, Dino Şpehar

Hücumçular: Sebino Plaku, Roqer, Haris Harba, Artur Reginaldo 

Qeyd edək ki, "Qarabağ" klubu ilk matçını səfərdə keçirəcək. İyulun 25-i “Loro Boriçi” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab oyunu isə avqustun 1-i Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right