"Qarabağ"a sərf edən heç-heçə

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz 1-ci təsnifat mərhələsi çərçivəsində səfərdə 1:0 hesabıyla məğlub etdiyi Sloveniya çempionu “Olimpiya”nı bu dəfə doğma meydanda sınağa çəkib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə təmsilçimizi növbəti mərhələyə yüksəldib.

Qeyd edək ki, "Qarabağ" ÇL-in 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

18 iyul

"Qarabağ" - "Olimpiya" - 0:0

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right