"Qarabağ" III mərhələyə yüksəlsə, "səpələnmişlər" qrupunda qərarlaşacaq

"Qarabağ" bu gün "Olimpiya"nı keçib Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinə vəsiqə qazansa, 3-cü mərhələnin püşkatmasında səpələnməmişlər yox, səpələnmişlər səbətində yer alacaq.

Newsport.az-ın məlumatına görə, dünən Litvanın "Suduva" klubunun iki oyunun nəticəsinə görə Kipr APOEL-ini mübarizədən kənarlaşdırması Ağdam təmsilçisi üçün bu imkanı yaradıb. Kiprlilərin Avropanın 1 nömrəli klub turniri ilə vidalaşmasından sonra "Qarabağ" 3-cü raundun ən reytinqli 6 komandasından biri olub. BATE ilə eyni əmsala malik komandamız əlavə göstəricilərdə belarusluları qabaqlayır.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi iyulun 23-də İsveçrənin Nyon şəhərində keçiriləcək.

Xatırladaq ki, "Qarabağ" - "Olimpiya" oyunu bu gün saat 21:00-da start götürəcək.

"Qarabağ" "Kukesi"ni keçsə, 3-cü təsnifat mərhələsinin püşkatmasında aşağıdakı səpələnmişlər qrupunda yer alacaq:

“Zalsburq” (Avstriya)
“Lüdoqorets” (Bolqarıstan) – “Videoton” (Macarıstan) cütünün qalibi
“Seltik” (Şotlandiya) – “Alaskert” (Ermənistan) cütünün qalibi – “Valyur” (İslandiya) – “Rusenborq” (Norveç) cütünün qalibi

 

“Legiya” (Polşa) – “Spartak” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi
“Astana” (Qazaxıstan) – “Sutyeska” (Monteneqro) cütünün qalibi – “Midtulland” (Danimarka)
“Qarabağ” (Azərbaycan) – “Olimpiya” (Sloveniya) cütünün qalibi – “Kukesi” (Albaniya)
 
Təmsilçimizin rəqibi isə aşağıdakı səpələnməmişlər qrupunda yer alan klublardan biri olacaq:

 

BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi
“Dinamo” (Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail) cütünün qalibi
“Şerif” (Moldova) – “Torpedo” (Gürcüstan) cütünün qalibi – “Şkendiya” (Makedoniya)
“Malmö” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva) cütünün qalibi
AEK (Yunanıstan)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right