"Qarabağ" nə qədər güclü olsa da, mərhələni keçməyə çalışacağıq"

“Oyunun çətin olacağını bilirik.  Rəqib nə qədər güclü olsa da, mərhələni keçməyə çalışacağıq. Ümid edirəm ki, sabah öz oyunumuzu göstərə biləcəyik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Olimpiya”nın futbolçusu Aris Zarifoviç Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında  deyib.

 

Sloveniyalı müdafiəçi ilk oyunda uduzmalarına (0:1) baxmayaraq, mərhələ keçmək şanslarının olduğunu bildirib: “Olimpiya” yeni qurulmuş komandadır. Baş məşqçimiz də yenidir. İlk görüşdə “Qarabağ” favorit olsa da, gördük ki, onlarla mübarizə apara bilərik. Sabah da mərhələ adlamaq üçün meydana çıxacağıq. Uduzsaq belə, bu, dünyanın sonu olmayacaq. Çünki belədə Avropa Liqasında yolumuza davam edəcəyik. Əlimizdən gələni edəcək və sübut etməyə çalışacağıq ki, ən yaxşı komandayıq. Sabah sona qədər mübarizə aparacağıq".

Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olipiya" matçı saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right