"Qarabağ"a sürpriz etməyi düşünmürəm" - "Olimpiya"nın baş məşqçisi

"Möhtəşəm şəhərdə hamınızı salamlayıram. Bura ilk dəfə gəlmirəm. 17 yaşadək futbolçular arasında Azərbaycanda təşkil olunan dünya çempionatı zamanı Serbiya millisinin baş məşqçisi kimi səfər etmişdim”.


Newsport.az-ın xəbərinə görə, bu sözləri Sloveniyanın "Olimpiya” komandasının baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ”la sabah keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

 

- Sloveniyada bir qədər sıxıcı oyun izlədik. "Olimpiya” meydan sahibi olmasına baxmayaraq, müdafiədən oynayırdı. Sabah yenə belə olacaq?

- Hər iki komanda taktiki baxımından eyni üsluba üstünlük verdi. Nəticə oyuna görə olmadı. Belə görüşlərdə hər hansı səhv həlledici olur. Cavab görüşündə də eyni oyunun şahidi ola bilərik. Çünki komandaların oyun tərzi oxşardır.

 

- Cəzalı hücumçunuz Abass İssanın yoxluğu komandanın oyununa mənfi təsir edə bilər? Kapitan Branko İliçin zədəsi nə yerdədir?

- Hər iki futbolçu komanda üçün önəmlidir. Lakin heyətdə 11 futbolçu var. İliç hazırda bizimlə məşq etsə də, onun oynayıb-oynamayacağı matç saatında bilinəcək.

- İssanın qırmızı vərəqə aldığı epizod barədə nə deyə bilərsiniz? Epizodu videogörünütü izlədikdən sonra şərh edəcəyinizi söyləmişdiniz...

- Artıq epizodla bağlı nəsə deməyim heç nəyi dəyişmir. Bu haqda fikirləşmirəm də.

- "Qarabağ”a hansı sürprizi hazırlamısınız?

- "Qarabağ”ın bütün yoldaşlıq matçlarına baxmışdım. Rəqibə hansısa sürpriz etməyi düşünmürəm. Biz daim öz oyun üslubumuzu yaxşılaşdırmaq haqda fikirləşirik. Cavab matçında daha yaxşı çıxış etməyi planlaşdırırıq.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah