Branko İliç: "Qarabağ"a 1-2 qol vura bilərik

Sloveniyanın "Olimpiya" klubunun kapitanı Branko İliç ÇL-in I təsnifat mərhələsində "Qarabağ"la cavab oyunundan öncə açıqlama verib.

 

Newsport.az xəbər verir ki, təcrübəli müdafiəçi "Qarabağ"a qarşı keçirəcəkləri görüş barədə danışıb. 35 yaşlı futbolçu oyuna hazır olduqlarını deyib: "Oyun tam hazırıq. Səbirsizlik matçın start fitini gözləyirik. İlk oyunda "Qarabağ"dan üstün olsaq da, rəqib qol epizoduna oxşamayan bir vəziyyətdən hesabı açdı. Yaxşı oynasaq da, uduzduq. Buna baxmayaraq, ümidimizi üzmürük".

 

İliç Bakıda "Qarabağ" qalib gələcək gücdə olduqlarını deyib: "Cavab matçında tam güclə oynayacağıq. Mərhələ adlamaq üçün bütün ürəyimizi meydana qoyacağıq. İnanıram ki, "Qarabağ"a 1-2 qol vura bilərik".

 

Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq. İlk görüşdə "Qarabağ" 1:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right