"Olimpiya"nın futbolçusu: "Qarabağ"dan qorxmuruq"

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında "Qarabağ"a 0:1 hesabı ilə uduzan Sloveniyanın "Olimpiya" klubunun yarımmüdafiəçisi Nika Kapun açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 24 yaşlı futbolçu cavab matçında şansları haqda danışıb:

 

"İlk oyunda daha çox topla oynayan tərəf olsaq da, bəxtimiz gətirmədi və uduzduq. "Qarabağ" meydanda gözlənildiyi kimi təsir bağışlamırdı. Cavab matçında özümüzə inanırıq və rəqib qapısında təhlükə yaratmaq istəyirik. Mərhələ keçmək üçün bütün gücümüzü ortaya qoyacağıq. Yaxşı müdafiə oluna bilirik. Düşünmürəm ki, arxa xəttdə problem yaşansın. Rəqibdən qorxmuruq və qalib gəlməyi hədəfləyirik".

 

Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right