Qurban Qurbanov: "Bakıda bizi daha çətin və ağır oyun gözləyir"

"Gözlədiyimiz kimi, ağır qarşılaşma oldu. "Olimpiya" bir daha yaxşı komanda olduğunu göstərdi".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə "Olimpiya"ya 1:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirərkən deyib. Təcrübəli mütəxəssis cavab matçının daha çətin keçəcəyini bildirib:

"Futbolçularım meydanda çox güc sərf etdi. Düzdür, bu gün minimal hesablı qələbə qazandıq. Amma Bakıda bizi daha çətin və ağır oyun gözləyir. Həmin oyuna tam ciddi hazırlaşmalıyıq".

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu Dolan Gerye vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right