"Olimpiya"nın futbolçusu: "Messi bunu bacarmayıbsa, biz edərik"

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Sloveniyanın "Olimpiya" klubunun yeni transferi Matiç Çrniç açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 26 yaşlı vinger bu gün "Qarabağ"a qarşı keçirəcəkləri görüşdən danışıb: "Şansları bərabər hesab edirəm. "Qarabağ" maliyyə cəhətdən bizdən üstündür və müqayisə edilə bilmərik. Ancaq bütün suallara meydanda aydınlıq gəlir. Əlimizdən gələni edəcəyik. Cavab görüşünə rahat çıxmaq üçün ağıllı oynamalıyıq".

Sloveniya millisinin üzvü "Qarabağ"ın yeni transferi Hannes Halldorssonun barədə danışıb: "Bu transfer onu göstərir ki, "Qarabağ" avrokuboklara ciddi yanaşır və hədəfləri olan klubdur. Onların maliyyə durumu bu cür transferlərə şərait yaradır. Messi Halldorssona qol vurmayıbsa, biz bunu edərik".

Qeyd edək ki, sözügedən oyun bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right