"Qarabağ” - “Olimpiya” oyununun biletləri satışa çıxır

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” -“Olimpiya” matçının biletləri satışa çıxarılır. 

Newsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, azarkeşlər biletləri sabahdan etibarən aşağıda əldə edə bilərlər.

İyulun 18-də keçiriləcək matçın biletləri həm satış məntəqələrində, həm də onlayn almaq mümkün olacaq. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı. Qiymətlər sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdı.

Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” matçı iyulun 18-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right