"Sabahkı oyun həm maraqlı, həm də çətin olacaq" - Qurban Qurbanov

“Hər iki komandaya uğurlar arzu edirəm. Çünki ilk oyundu və bu, çox vacib qarşılaşmadı”.

Newsport.az-ın məlumatına görəbu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirəcəkləri matç haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis qarşılaşmanın çətin keçəcəyini bildirib: “Olimpiya” yeni baş məşçi və yeni oyun sistemindən istifadə edəcək. Düşünürəm ki, bizi meydanda daha çox fikirləşəcəyik. Bizim özümüzdə də bəzi problemlərimiz var. Buna baxmayaraq, rəqiblə yaxından tanış olmuşuq. Fikrimcə, sabahkı oyun həm maraqlı, həm də çətin olacaq. Məncə, ilk oyundan sonra rəqibi daha yaxından tanıyacağıq və oynamaq bizim üçün daha asan olacaq”.

Qurban Qurbanov qələbə qazanmaq üçün çalışacaqlarını sözlərinə əlavə edib: “Əlbəttə ki, qalib gəlmək istəyərdik. Amma belə oyunlarda, bəzən minimal hesablı məğlubiyyət də qaneedici olur. Həmçinin bərabərlik də bizim üçün uğurlu nəticə sayıla bilər. Amma hər bir halda, daha yaxşı nəticə qazanmağa çalışacağıq”.

Çalışdırıcı yenidən qrup mərhələsinə vəsiə qazanmaq istədiklərini, ancaq bunun çətin olacağını deyib. O, əsas diqqətini sabahkı oyuna yönəltdiyini vurğulayıb: “Düzünü desəm, mən həmişə ilk oyuna önəm vermişəm. Ona görə də, qarşıdakı oyunlar barədə fikir bildirə bilmərəm. Amma ildən-ilə turnir daha da çətinləşir. Çünki hər bir komandanın təcrübəsi artır. Komandalar, futbolçular və məşqçilərin potensialı daha da yaxşılaşır. Ona görə də bütün diqqətim ilk oyundadır”.

Mütəxəssis “Olimpiya”nın yeni baş məşqçinin gəlişindən sonrakı bütün oyunlarını izlədiyini vurğulayıb: “Rəqibin bütün oyunlarını izləmişəm. Ona görə əvvəl bildirdim ki, yeni oyun sistemi və meydana hər oyun fərqli heyətlə çıxırlar. Hər oyun fərqli sistem və oyun üslubu. Buna görə də sabahkı oyun bizim üçün həm maraqlı, həm də çətin olacaq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right