"Qarabağ" "Olimpiya"nın təklifini rədd etdi oyun canlı yayımlanacaq?

Sabah Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ" səfərdə Sloveniyanın "Olimpiya" klubu ilə münasibətlərə aydınlıq gətirəcək.

Newsport.az-ın məlumatına görə, sözügedən oyun Bakı vaxtı ilə 22:00-da baş tutacaq. Bu səbəbdən oyunun canlı yayımlanmaq ehtimalı yoxdur. Çünki iyulun 11-də dünya çempionatının yarımfinal mərhələsində İngiltərə və Xorvatiya yığmaları üz-üzə gələcək. Həmin görüşün start fiti də bu oyunla eyni saatda səslənəcək. Sloveniya tərəfi oyunun 2 saat tez başlaması və canlı yayımın təşkili üçün "Qarabağ"a təklif edib, lakin Ağdam klubu "Olimpiya"nın istəyini rədd edib. Buna görə də oyunun başlama saatı dəyişməz qalıb və matçın yayımlanacağı gözlənilmir.

Qeyd edək ki, cütün cavab görüşü iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:00-da başalayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right