"Qarabağ"ın uğuru təsadüf ola bilməz" - İliya Stolitsa

Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Qarabağ"la ilk oyun öncəsi fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, rəqibi təhlil etmək üçün kifayət qədər vaxtlarının olduğunu söyləyib:

“Qarabağ”ın heyətində  çox dəyişiklk oldu. Rəqib keyfiyyətli, yüksək səviyyədə təşkilatlanmış komandadır. Onlar 16 xallıq fərqlə ölkə çempionu oldular. Yəni Çempionlar Liqasının qrup mərhələsində iştirak etmələri təsadüf deyil. Buna görə bizi çox çətin oyun gözləyir. Amma hansı səviyyədə olduğumuzu görmək üçün yaxşı sınaq olacaq. Azarkeşlərimizi razı salmağa çalışacağıq”.

Qeyd edək ki, "Olimpiya" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right