“Olimpiya” Bakıya səfər proqramını açıqladı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Sloveniyanın “Olimpiya” klubu cavab matçı üçün Bakıya səfər proqramı açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Lyublyana təmsilçisi oyundan 1 gün əvvəl - iyulun 17-də Azərbaycana gələcək. Komanda Lyublyanadan Bakıya çarter reysi ilə səfər edəcək. “Olimpiya”nı gətirən təyyarənin Bakı vaxtı ilə saat 18:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş etməsi nəzərdə tutulub. Komandanın Bakıdakı məşqi isə saat 22:00-da baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” – “Olimpiya” matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:00-da başalayacaq. Bu komandalar arasındakı ilk oyun isə iyulun 11-də Lyublyanada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right