Ansi Aqolli: "Zəif komanda öz ölkəsində çempion ola bilməz"

"Rəqibimiz güclüdür. I təsnifat mərhələsi üçün çətin komandadır. Biz bilirik ki, Sloveniyada futbol necə inkişaf edir". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib. "Qarabağ" bu mərhələdə Sloveniyanın "Olimpiya" komandası ilə üz-üzə gələcək. İllərin təcrübəsi rəqibə hörmətlə yanaşdıqlarını deyib:

"Ötən il "Maribor" Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi və layiqli oyun göstərdilər. Rəqibə hörmətlə yanaşırıq, heç bir zəif komanda öz ölkəsində çempion ola bilməz".

Albaniyalı futbolçu matçlara ciddi hazırlaşacaqlarını deyib:

"Biz artıq hazırlıqlara başlamışıq, sabah da Avstriyaya yollanacağıq. Bu matçlara yaxşı hazırlaşacağıq. Biz də ən yaxşısını etməyə çalışacağıq, çünki avrokubokların bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right