ÇL-in büdcəsi açıqlandı: "Qarabağ" qrupa düşsə, nə qədər qazanacaq?

UEFA 2018/19 mövsümü üçün avrokubokların büdcəsini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, bununla Azərbaycan klublarının da qazana biləcəyi məbləğ müəyyənləşib.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" ötən mövsüm olduğu kimi, yenidən qrup mərhələsinə qədər irəliləyə bilsə, büdcəsini 15,25 milyon avro zənginləşdirəcək.

Yarışa I təsnifat mərhələsindən başlayacaq Ağdam klubu 3 raund adlayıb pley-offa qədər irəliləsə, müvafiq olaraq 280, 380 və 480 min avro əldə edəcək. Çempionumuz qrupun bir addımlığında mübarizəni dayandıracağı halda 5 milyon avro alacaq.

Qrup mərhələsində hər qələbəyə 2.7 milyon, heç-heçəyə görə 900 min avro ödənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right