"Liverpul"un finala çıxacağını heç kim gözləmirdi" - Yurgen Klopp

Çempionlar Liqasının final oyununda “Real”la qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp matç öncəsi mətbuat konfransında fikirlərini bildirib.

Newsport.az saytının məlumatına görə, alman mütəxəssis finala çıxmalarının təsadüf olmadığını deyib: "Çempionlar Liqasında finala çıxmaq böyük şeydi. Sözlə ifadə etmək mümkün deyil. Çempionlar Liqasında finala çıxmaq bir məşqçinin bacaracağı ən çətin şeylərdən biridi. “Real” heç şübhəsiz, Avropanın ən güclü heyətə malik komandalarındandı. Fərdi olaraq hər futbolnçusu güclüdü. Möhtəşəm oyunçuları var. “Liverpul”un tarixinə baxdıqda, əvvəllər də bu cür uğurlara imza atdığını görərik. Mövsümün əvvəlində heç kim “Liverpul”un finala çıxacağını gözləmirdi".

50 yaşlı mütəxəssis finalda şansa da ehtiyac olduğunu düşünür: "Real" güclü komandadır. Hətta ehtiyat oyunçuları da çox güclüdür. Məsələn, Marko Asensio meydana daxil olaraq oyunu dəyişə bilər. Bir aydır ki, bu oyuna hazırlaşırıq. Matçda enerjili və ən yeni "Liverpul"u göstərməliyik. "Real" ehtiyat qüvvəsinə görə favorit göstərilə bilər, amma unutmayın ki, bu, bir final oyunudur. Finalda yaxşı oyunla yanaşı, şans da lazımdır. Sadəcə, onlar deyil, biz də finaldayıq və nələr olacağını görəcəyik".

Klopp Məhəmədd Salah barədə bunları söyləyib: "Oruc tutmaq şəxsi məsələdir və bu, dini bir inancdır. Buna hər kəs hörmət etməlidir. Bir futbolçu tapşırıqları layiqincə icra edirsə, mən digər məsələlərə qarışmıram. Salahın Ronaldo və Messi ilə birlikdə adının hallanması böyük uğurdur, amma stabilləşməlidir. Bir gündə, bir finalda Messi və Ronaldo ola bilməzsiniz. Bu iki futbolçu son 10 mövsümdə böyük rəqəmlərə çatdılar. Salah bu mövsüm çox uğurlu çıxış etdi və ümid edirəm ki, belə davam edəcək".

"Real" - "Liverpul" görüşü bu gün Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq. Oyun Kiyev Olimpiya Stadionunda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right