Əmrə Can ÇL finalında oynamayacaq

"Liverpul"un daha bir futbolçusu Çempionlar Liqasının finalında "Real"la oyunu buraxacaq.

Newsport.az xəbər verir ki, söhbət komandanın yarımmüdafiəçisi Əmrə Candan gedir. Mövsümün gedişində ciddi zədə alan futbolçu tibbi müayinədə keçdikdən sonra finalı buraxacağı dəqiqləşib. Əmrə Canın dünya çempionatında Almaniyaya kömək edib-etməyəcəyi bəlli deyil.

"Liverpul"un müdafiəçisi Co Qomes və yarımmüdafiəçisi Aleks-Oksleyd Çemberleyn də final oyununda iştirak etməyəcəklər. Onların zədəsi ciddi olduğu üçün mundialda İngiltərə millisinin heyətində yer almayacaqlar.

Qeyd edək ki, "Real" - "Liverpul" görüşü mayın 26-sı, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz