Çempionlar Liqası: Finalın hakimi bəllidir

Çempionlar Liqasının "Real" - "Liverpul" final matçının hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, matçı Serbiya Futbol Federasiyasından Milorad Maziç idarə edəcək. Ona həmyerliləri Milovan Ristiç və Dalibor Curceviç kömək edəcəklər. Nenad Cokiç və Danilo Qruyiç əlavə köməkçi hakim təyin ediliblər. Fransalı Klemen Topren isə ehtiyat hakim olacaq.

Mayın 26-da Kiyevdə keçiriləcək həlledici qarşılaşma Bakı vaxtı ilə 22:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right