Yurgen Klopp: "Sadəcə, bəxtimiz gətirdi"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının yarımfinalının “Roma” ilə cavab oyunundan (2:4) sonra keçirilən mətbuat konfransında jurnalistlərlə görüş haqda danışıb.

Newsport.az xəbər verir ki, almaniyalı mütəxəssis məğlub olmalarına baxmayaraq, finala yüksəldikləri matçı belə şərh edib:

“Roma”nın futbolçuları israrla hücumlarını davam etdirirdi. Qapımız qarşısında xeyli təhlükəli vəziyyətlər yaratdılar. Ancaq hər şey bizim üçün yaxşı qurtardı. Təəssüf ki, buraxdığımız birinci qoldan sonra rəqibə oynamaq imkanı verdik və məğlub olduq. Finala çıxmaq məni məmnun edir, ancaq daha yaxşı oynamalıyıq”.

Qeyd edək ki, “Liverpul” iki oyunun nəticəsinə görə adını finala yazdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right