Müller: “Təmiz penalti idi"

Çempionlar Liqasının yarımfinalında iki oyunun nəticəsinə əsasən (1:2, 2:2) “Real”a uduzaraq mübarizəni dayandıran “Bavariya”nın futbolçusu Tomas Müller cavab matçından sonra fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, hücumçu “Real”ı qapıçısı Keylor Navasın xilas etdiyini deyib:

“Bəzi nüanslarda səhvə yol verdik. Burda Münhendəkindən daha yaxşı mübarizə apardıq. Mərhələni keçməyə layiq olan biz idik. Çox fürsət əldə etdik. Lakin “Real”la qarşılaşmada bu fürsətləri dəyərləndirməsəz, vəziyyət çətinləşər. Futbol bu cür oyundu. Qalib gəlmək üçün qol vurmalısan. İlk matçda da eyni problemi yaşamışdıq.

Keylor Navas (“Real”ın qapıçısı) bu gün möhtəşəm seyvlər etdi. Bu oyundan başqa da, o, möhtəşəm futbolçudu. Bəzən səhvləri olur, lakin bizimlə oyunlarda olmadı. “Real”ı Navas xilas etdi, deyə bilərik”. 

Müller hakimliklə bağlı narazılıqlara da aydınlıq gətirib. O, məğlubiyyətlərində bunu əsas amil kimi görmədiyini deyib:

“Təmiz penalti idi. Bizim üçün olduğu kimi, hakimlər üçün də bu cür oyunlar çox çətindi. Məğlubiyyətin səbəbkarı hakimlər yox, bizim oyunumuzdu”.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right