"Liverpul" finala yüksəldi Yenilənib

Bu gün Çempionlar Liqasında ikinci finalçının adı məlum olub.

Newsport.az-ın məlumatına görə, yarımfinalın cavab matçında “Roma” ilk oyunda 2:5 hesabı ilə uduzduğu “Liverpul”u qəbul edib. Meydan sahibləri 4:2 hesabı ilə qalib gəlsə də, ümumi hesabda üstün olan "Liverpul" həlledici oyuna vəsiqə qazanıb.

Qeyd edək ki, "Liverpul" finalda “Real”la üz-üzə gələcək.

 

2 may
 

 

Çempionlar Liqası

Yarımfinalın cavab oyunları


22:45. "Roma" (İtaliya) - "Liverpul" (İngiltərə) - 4:2 
Qollar:
 Sadio Mane, 9 (0:1), Ceyms Milner, 15-avtoqol (1:1), Vaynaldum, 25 (1:2), Edin Dzeko, 52 (2:2), Raca Nainqolan, 86 (3:2), 90+4-pen. (4:2)
İlk oyun - 2:5
Baş hakim: Damir Skomina (Sloveniya)
Roma. "Olimpiya" stadionu





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz