“Real” “Tottenhem”in rekordunu təkrarladı

“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə “Bavariya”ya qarşı keçirilən matçın 11-ci dəqiqəsində fərqlənib.

Newsport.az-ın məlumatına görə, fransız forvardın fərqlənməsi nəticəsində “Real” avorkuboklarda keçirdiyi ardıcıl 42-ci görüşdə qol vurub. 

Bununla da Madrid klubu “Tottenhem”in 1961-1984-cü illər aralığındakı rekordunu təkrarlayıb. 

Maraqlıdır ki, London klubunun 23 ili əhatə edən rekordu məhz 1985-ci ilin martında “Real”a qarşı oyunda sona çatıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right