"Real"ı finala yüksəldən bərabərlik

Bu gün Çempionlar Liqasında ilk finalçının adı bəlli olub.

Newsport.az-ın məlumatına görə, yarımfinalın cavab matçında “Real” “Bavariya”nı qəbul edib. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. İlk oyunda 2:1 hesabı ilə qalib gələn Madrid klubu finala adlayıb.

"Kral klubu" ardıcıl 3-cü mövsüm finalda oynayacaq.

Yarımfinalın digər matçı "Roma" "Liverpul"u qəbul edəcək.

1 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunları

 

“Real” – “Bavariya” - 2:2

Qollar: Kərim Benzema, 11, 46 - Jozua Kimmix, 3, Hames Rodriqes, 63

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right