Çempionlar Liqasında ilk finalçı məlum oldu Yenilənib

Bu gün Çempionlar Liqasında ilk finalçının adı bəlli olub.

Newsport.az-ın məlumatına görə, yarımfinalın cavab matçında “Real” “Bavariya”nı qəbul edib.

Münhendə keçirilən ilk görüşdə 2:1 hesablı qalib gələn Madrid klubu böyük üstünlük əldə edib. 

Zinəddin Zidanın komandası ardıcıl 3-cü mövsüm finalda oynamağa müvəffəq olub. Qapısında erkən qol görməsinə baxmayaraq, "Real" ikinci hissənin əvvəlində hesabda önə keçib. “Bavariya”nın gücü yalnız bərabərlik qolunu vurmağa müvəffəq olub - 2:2.

1 may

Çempionlar Liqası

Yarımfinalın cavab oyunları

“Real” (İspaniya) - “Bavariya” (Almaniya) - 2:2 
Qollar:
 Ximmix,3 (0:1), Benzema, 11 (1:1), Benzema, 46 (2:1), Rodriges, 63 (2:2) 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah