Yupp Haynkes: ""Real"ın müdafiəsində problemlər olduğunu hiss etdik"

"Real"la yarımfinal matçında çox şans əldə etmək çətin işdir. Ancaq bizim epizodlarımız çox oldu, amma qollar vura bilmədik"

Newsport.az xəbər verir ki, bu sözləri ÇL-nin ilk matçından sonra, doğma meydanda "Real"a 1:2 hesabıyla məğlub olan "Bavariya"nın baş məşqçisi Yupp Haynkes bildirib: 

 "Onlara iki qolu hədiyyə etdik. 100 faizli qol şanslarından isə yararlana bilmədik. Robben və Boatenqi də itirmək ağır zərbə oldu. İlk qolu çox axmaq şəkildə buraxdıq".

Məğlubiyyətə layiq olmadıqlarını deyən 72 yaşlı çalışdırıcı sözlərinə bunları da əlavə edib: 

 "Biz məğlubiyyətə layiq deyildik. Buna görə də finala yüksələcəyimizə inanıram. "Real"ın müdafiəsində problemlər olduğunu hiss etdik. Cavab matçı üçün ümidliyik".

O, Ribery haqda da danışıb: 

"Onun 35 yaşı var, amma mükəmməl performans ortaya qoydu. Peşəkarlığını hər zaman qoruyur və çalışmaqda davam edir. Uzun müddətdir ki, bir-birimizi yaxından tanıyırıq. Ona güvənim böyükdür".

Qeyd edək ki, bu komandaların cavab matçı mayın 1-də Madriddə keçiriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right