“Real”dan ÇL-də tarixi göstərici

“Real” Çempionlar Liqasının “Bavariya” ilə ilk yarımfinal oyununda qələbə qazanmaqla (2:1) turnirin tarixinə düşüb.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi qitənin ən nüfuzlu klub turnirində 150 qələbə qazanan ilk komanda olub.

Bundan başqa, Zinəddin Zidanın komandası ümumilikdə avrokuboklarda 306-cı qələbəsini qazanmaqla “Barselona”nın rekordunu təkrarlayıb.

Qeyd edək ki, “Real” Çempionlar Liqasını ən çox qazanan klubdur. “Kral klubu” 12 dəfə bu titula yiyələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right