Yurgen Klopp: "Çalışacağıq ki, səfərdə də qalib gələk"

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Roma"nı 5:2 hesabıyla məğlub edən "Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Newsport.az xəbər verir ki, alman mütəxəssis 80 dəqiqə mükəmməl oynadıqlarını deyib: "Əlbəttə, 5:0 hesabı ilə bitsəydi, daha yaxşı olardı. Ancaq 5:2 hesabı da əla nəticədir. Oyundan öncə gözlədiyimdən daha yaxşıdır. 80 dəqiqə mükəmməl futbol sərgilədik. Sonra isə müdafiədə etdiyimiz səhvlə qapımızda qol gördük. Yanlış penalti qərarı ilə daha bir qol da vurdular. Səfərdə də qalib gəlməyə çalışacağıq".

Klopp oyunun əvvəllərində zədələnərək meydanı tərk edən Aleks-Oksleyd Çemberleynin durumu haqda danışıb: "Çox pis zədə yaşadı. Ondan yaxşı xəbər gözləmirəm"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right