"Bavariya"da itki "Real"a qarşı oynamayacaq

"Bavariya"nın müdafiəçisi David Alaba Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"la ilk oyunu buraxa bilər.

Newsport.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Belə ki, 25 yaşlı futbolçu kürəyində problemlər səbəbindən komandasının bugünkü məşqini buraxıb. D.Alabanın Madrid klubuna qarşı görüşdə oynayıb-oynamayacağı ilə bağlı yekun qərarı komandanın baş məşqçisi Yupp Haynkes verəcək.

Qeyd edək ki, "Bavariya" - "Real" oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right