Yupp Haynkes: "Real"la qarşılaşma zamanı Ronaldonu nəzərə almaq lazımdır"

UEFA Çempionlar Liqasının yarımfinalında "Real"la qarşılaşacaq “Bavariya”nın baş məşqçisi Yupp Haynkes rəqib komanda haqda danışıb. 

Newsport.az xəbər verir ki, 72 yaşlı mütəxəssis açqılamasında bildirib ki,  “Yarımfinalda, Çemponlar Liqasının tarixi ərzində zəngn təcrübəyə malik, iki komanda qarşılaşacaq. "Real" bu turnirin iki il ard-arda qalibi olub. Lakin biz də yaxşı formadayıq və özümüzə inanırıq. 

Bundesliqada çempion olduq, kubokda finala yüksəldik. İndi də bu uğuru davam etdirmək istəyirik. 
Ronaldo əla futbolçudur. “Real”ın oyununu analiz edərkən Kriştianonu nəzərə almamaq qeyri-mümkündür. Lakin “Bavariya”nın heyətində 39 qol vuran Levandovski var”.

Qeyd edək ki, "Bavariya" - "Real Madrid" matçı bu axşam, Bakı vaxtıyla  saat 22:45-də start götürəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right