Di Françesko: "Cavab oyununda çox fərqli "Roma" izləyəcəksiniz"

"Roma"nın baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"a 2:5 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərlə görüş haqda fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, tərcübəli mütəxəssis ilk olaraq bunları deyib: "İlk 20 dəqiqə yaxşı oynadıq. Sonra oyuna nəzarəti rəqibə verdik və çox asan toplar itirdik. Ancaq "Barselona" ilə matç haqda danışmağa davam etməməliyik. Əks təqdirdə, istədiyimizi əldə edə bilmərik".

Şanslarının qaldığını vurğulayan Françrsko sözlərinə bunları əlavə edib: "Barselona" ilə ikinci görüşdən əvvəl şansımızın davam etdiyini demişdim. İndi də eyni şeyi söyləyirəm. Yenə geridönüş edə bilərik. Matçın bəzi bölümlərində komandam özünəinamı itirdi. Bu olmamalıdır. Cavab oyununda çox fərqli "Roma" izləyəcəksiniz. Bu görüşdə onların işini asanlaşdırdıq. Ancaq ikinci matç belə olmayacaq".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right